"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin günün birinci yarısında mülayimləşəcəyi, günün ikinci yarısında isə güclü cənub küləyi ilə əvəz olunacağı ehtimal olunur". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova belə deyib.
Onun sözlərinə görə, martın 18-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır: "Ölkənin bölgələrində hava şəraitinin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir".
Şöbə rəisi bildirib ki, tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü cənub-qərb və şimal-qərb küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB