"Tarixi bilmək nə üçün lazımdır?" adlı seminar-mühazirə keçirilib FOTOLAR
Bu gün "Humanitar Araşdırmalar İctimai Birliyi" Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən " "Azərbaycan tarixi-Azərbaycan gəncliyi" tarixi kontekstdə müasir reallıqlara doğru" layihəsi çərçivəsində seminar-mühazirə təşkil edib. SİA-nın məlumatına görə tədbirdə İctimai Birliyin sədri Nurlanə Qasımlı, tarix elmləri doktoru, professor Solmaz Tohidi Rüstəmova, millət vəkilləri Azər Badamov, Jalə Əliyeva, Musa Qasımlı, bəzi QHT rəhbərləri, ali məktəb tələbələri və KİV nümayəndələri iştirak edib.
Tədbiri açıq elan edən birliyin sədri Nurlanə Qasımlı ilk olaraq birlik barədə məlumat verib: "Bugünkü seminar-mühazirənin mövzusu "Tarixi bilmək nə üçün lazımdır?" adlanır və seminar-mühazirənin keçirilməsində məqsəd tələbələrə Azərbaycan dövlətçilik tarixinin dünəni, bu günü ilə bağlı məlumatların verilməsi, onları tarixi faktlarla tanış etməkdir".
Daha sonra seminar-mühazirənin aparıcısı tarix elmləri doktoru, professor Solmaz Tohidi Rüstəmova tarix elmi və onun yaranmasından danışıb. O qeyd edib ki, tarix elminin yaranmasına səbəb insanların keçmişi öyrənmək istəyi ilə bağlıdır. S.Tohidi həmçinin Azərbaycan tarixinin mühüm məqamlarını ədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda millət vəkilləri Jalə Əliyeva, Musa Qasımlı, Azər Badamov mövzu ətrafında fikirlərini səsləndiriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB