Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin təşkilatçılığı ilə "Bir uşağa həyat verək" devizi altında uşaq rəssamların xeyriyyə sərgisi açılacaq.
İctimai Birlikdən SİA-ya bildiriblər ki, sərgidə uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlərin nümayişi və satışı təşkil olunacaq. Satışdan əldə olunacaq vəsait xəstə uşaqların müalicəsinə sərf ediləcək.
Sərgidə Milli Məclisin deputatlarının, QHT rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB