Bakı meri metro keçidlərində ticarəti qadağan etdi SON XƏBƏR

Bakı meri metro keçidlərində ticarəti qadağan etdi SON XƏBƏR

Bakı metro stansiyalarının ərazisində ticarətlə məşğul olmaq qadağan edilib. SİA-ya daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov metrostansiyalarda və metrostansiyaların keçidlərində fəaliyyət göstərən ticarət köşklərinin gələcək taleyi ilə bağlı ciddi qərar qəbul edib. Bu gecədən başlayaraq metrostansiyaların ərasizində fəaliyyət göstərən ticarət köşkləri köçürüləcək və sabahdan başlayaraq şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən ticarət mərkəzlərində yerləşdiriləcək. O da bildirilib ki, köçürülmə və yerləşdirilmə əməliyyatına Bakı Şəhər İsra Hakimiyyətinin bütün strukturları çəlb olunub.

Bakı meri vətəndaşları bir daha əmin edib ki, metrostansiyaların ərazisində və metro keçidlərində ticarət fəaliyyətinə qoyulan bu qadağa müvəqqəti xarakter daşımır. H.Abutalıbov xüsusi olaraq vurğulayıb ki, bu addımın atılmasında məqsəd vətəndaşların metrostansiyalarda sərbəst və təhlükəsiz hərəkətini təmin etməkdir.

Metro stansiyalardan birinin rəisindən aldığımız məlumata görə, bu qərarın icrasına nəzarəti də BŞİH-nin başçısı H.Abutalıbov şəxsən öz üzərinə götürüb.

Məlumatda qeyd olunur ki, metropoliten ərazisində olan 1194 ədəd ticarət köşkünün konstruksiyalarının sökülüb yığışdırılması bazar ertəsi axşama qədər başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə