DBX-nin rəisi: "Ölkədə kefal balığının satışına qadağa qoyulmayıb"

DBX-nin rəisi: "Ölkədə kefal balığının satışına qadağa qoyulmayıb"

"Azərbaycanda kefal balıq növünün satışına qadağa qoyulmayıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.

Xidmət rəisinin sözlərinə görə, Xəzərin İran sahillərində kefal balıqlarının kütləvi ölümü ilə əlaqədar Azərbaycanda da monitorinqlər aparılır: "Monitorinqlərlə bağlı hər gün mütəmadi məlumat alırıq. Monitorinqlərin nəticəsinə görə, Azərbaycanın Xəzər sahillərində belə hal müşahidə olunmayıb. Ona görə də biz bu növ balıqların satışına qadağa qoymamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə