"Ötən il Dövlət Baytarlıq Xidmətinin (DBX) əməkdaşları iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda, eləcə də donuzlarda qarayara, iribuynuzlu, xırdabuynuzlu heyvanlarda dabaq, itlərdə quduzluq, quşlarda taun, iri və xırdabuynuzlu heyvanlarda leptespiroz, qoyunlarda çiçək və digər iti yoluxucu xəstəliklər əleyhinə profilaktik tədbirlər həyata keçiriblər". SİA-nın xəbərinə görə, bunu DBX-nin rəisi Sialə Rüstəmova qurumun 2013-cü ilin yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dövlət Xidməti həm də 2013-cü ildə brusellyoz xəstəliynin ləğvi istiqamətində göz-damla üsulunu davam etdirib: "Burada əsas məqsəd heyvanların yoluxmasını minimuma endirməklə, əhalini sağlam qida məhsulu ilə təmin etməkdən ibarət olub".
Xidmət rəisi həmçinin qeyd edib ki, son 4 ildə görülən işlərin nəticəsi olaraq ölkədə heyvanların brusellyoza yoluxma faizinin azalmasına nail olunub: "Düzdür, hələ bu sahədə problemlər tam həllini tapmayıb. 2002-2003-cü illərdə 650-700 insan brusellyoz xəstəliyinə yoluxurdusa, hazırda bu göstərici 50 faizə yaxın aşağı enib. Amma bu yenə də bizi qane etmir. İstəyirik ki, insanların brusellyoza yoluxma faizi sıfıra endirilmiş olsun. Xalqımız və ölkəmizdə yaşayanlar bu xəstəlikdən əziyyət çəkməsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB