Azərbaycanda 2 yerdə zəlzələ olub

Azərbaycanda 2 yerdə zəlzələ olub

Bu gün səhər saatlarında Masallıda zəlzələ baş verib. Bu barədə SİA-nın Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 06:21-də Lənkərandan 22 km şimal-qərbdə, Masallıda 24 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3-4 bal gücündə hiss olunub.

Qeyd edək ki, bu gün, həmçinin Xəzər dənizində zəlzələ olub.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 04:59-da Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində 3 km dərinlikdə zəlzələ qeydə alınıb. 4 maqnitudalı zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə