Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan-ABŞ iş planına əsasən martın 16-dan martın 21-dək Nürnberq şəhərində (Almaniya) Azərbaycan-ABŞ işçi qrupunun görüşü, martın 17-dən martın 21-dək Paris şəhərində (Fransa) Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Krusevaç şəhərində (Serbiya) maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə