Müdafiə naziri: “Məqsədimiz ordumuzu müasir ordulara uyğunlaşdırmaqdır”

Müdafiə naziri: “Məqsədimiz ordumuzu müasir ordulara uyğunlaşdırmaqdır”

"Bizim məqsədimiz ordumuzu digər müasir ordulara uyğunlaşdırmaqdır". SİA-nın xəbərinə görə, bu sözləri müdafiə naziri general-polkovnik Zakir Həsənov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, əsgərlərimizin xidmətlə bağlı olmayan digər işlərdən azad edilməsi mühüm məsələdir: " Bu cənab Prezident, Ali Baş Komandanının tapşırğıdır. Bütün bunlar həyata keçiriləndən sonra ilk növbədə orduda nizam-intizam gücləndiriləcək. İkinci növbədə isə əsgərlərimiz döyüş hazırlığı ilə məşğul olmaq üçün daha çox vaxt əldə edəcəklər".

Ordu quruculuğu məsələsinə gəlincə, nazir qeyd edib ki, ordu quruculuğu elə bir məsələdir ki, islahatlar daim həyata keçirilir. Z. Həsənov gündən-günə yeni, müasir silah və avadanlıların alındığını da qeyd edib: "Bunların hamısının zabit və əsgərlər tərəfindən istifadə olunması üçün təbii ki, müxtəlif tədbirlər həyata keçirmək lazımdır: Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident ordu quruculuğu ilə bağlı xüsusi tapşırıqlar verib. Bu tapşırıqlar yerinə yetirilib və davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə