Məlum olduğu kimi 2014-cü il fevral ayının əvvəlindən başlayaraq Gəncədə məskunlaşan 1500 məcburi köçkün ailəsi şəhərin girəcəyində salınan yeni qəsəbəyə köçürülüb. Bununla da şəhərin 20 müxtəlif müəssisə və təhsil ocaqlarının yataqxanalarının binaları boşaldılıb. Bundan sonra həmin yataqxanaların sökülməsi, yaxud təmir edilərək yenidən tələbələrin istifadəsinə verilməsi gündəmə gəlib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, məcburi köçkünlərin ən çoxu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 5 tələbə yataqxanasında yaşayıb . Bu binaların biri 5 mərtəbəli, dördü isə 4 mərtəbəlidir.
ADAU-dan bildirilib ki, Kəlbəcər rayonundan olan 540 məcburu köçkün ailəsinin yaşadığı bu yataqxanaların hamısı qəzalı vəziyyətdədir və burada tələbələr yaşaya bilməz. Məhz buna görə də həmin yataqxanaların hamısının sökülməsi və yenisinin tikilməsi nəzərdə tutulub. Ancaq uzun müddət GDU-nin 2 yataqxanasında 162 ailənin yaşadığı yataqxanaların isə əsaslı təmir olunmalıdır. Burada da vaxtı ilə yaşayanların çoxu Kəlbəcər rayonundan olan məcburi köçkünlər olub.
Gəncənin digər ali təhsil ocağı olan Azərbaycan Texnologiya Universtetinin 2 yataqxanasında da məcburi köçkünlər yaşayıb. Ümumilikdə Gəncədə hazırda 22 yataqxanada məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin də gələcəkdə mərhələli şəkildə köçürülməsi nəzərdə tutulur.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB