Prokurorluq orqanları bundan sonra ibtidai istintaqı apara bilməyəcək
Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Prossesual Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məcəllənin 215.3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, 167-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma) və 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələr prokurorluq orqanları tərəfindən ibtidai istintaqı aparılan iş üzrə maddələr siyahısından çıxarılır. Beləliklə artıq bu hallar üzrə istintaq prokurorluq orqanları tərəfindən aparılmayacaq.
Prokurorluğun səlahiyyətlərindən alınan qeyd olunan maddələr üzrə ibtidai istintaqın hansı orqan tərəfindən aparılması bu məcəllənin 215.5-ci maddəsi əsas götürülərək Azərbaycan Prezidentinin qərarından asılı olacaq.
Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 215.3. maddəsinin qüvvədə olan variantına görə, ibtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: Cinayət Məcəlləsinin 100-113, 120-125, 126.3, 135-138, 145, 146, 149, 154-164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202-203-1, 208, 210-212, 222, 223, 262, 268, 286-288, 290-302, 304, 307-315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə.
Layihə səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB