Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. MTRŞ-dan SİA-ya verilən xəbərə görə, iclasda "Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilən müsabiqədə iştirak edən Brand in Baku" MMC, "Fatiyev Company" MMC, "Region TV" MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19, 22-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilən "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6, 9.6-cı bəndini, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.1-ci bəndini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Region TV" MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilən müsabiqənin qalibi elan edib və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB