Bayram günlərində hava necə olacaq? PROQNOZ

Bayram günlərində hava necə olacaq? PROQNOZ

Novruz bayramı günlərində Azərbaycanda gözlənilən ilkin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, martın 17-dək Azərbaycanda havanın temperaturunun gündən-günə yüksələcəyi, arabir güclənən cənub küləyinin üstünlüyü gözlənilir. Martın 16-da və 17-də gündüz saatlarında cənub küləyi əsəcək.

Proqnoza əsasən martın 17-dən 18-nə keçən gecə və martın 18-də səhər saatlarında şimal küləyinin güclənəcəyi ehtimalı var: "Temperaturun qısa müddətə enəcəyi gözlənilir. Ayın 18-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun günorta saatlarında 10-12 dərəcə isti olacağı, martın 18-də günün ikinci yarısında şimal küləyinin arabir güclənən cənub küləyi ilə əvəz olunacağı gözələnilir. Martın 19-dan ölkə ərazisində havanın temperaturunun yenidən yüksələcəyi ehtimal edilir. Martın 19-da gecə və səhər saatlarında şimal küləyinin sürəti bir qədər artacaq".

Ölkə ərazisində martın 23-dək hava şərtaitinin mülayim olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə