Qüdrət Həsənquliyev: “İctimai TV-ni AZTV-yə çevirməyə nə ehtiyac var?”
"Hər zaman təklif edirəm ki, regionları inkişaf etdirmək üçün sənaye parkları yalnız Bakıda yox, eləcə də regionlarda açılmalıdır. Regionlarda yaradılan sənaye obyektləri müəyyən müddətə vergilərdən azad olunsun ki, insanlar məhz regionlara investisiya yatırmaq üçün maraqlı olsunlar". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O qeyd edib ki, qeyri-neft sektorunun inkişafı üçün hökumət çox ciddi iddialı layihələr həyata keçirməlidir: "Bu məqsədlə təklif etmişdim ki, Naxçıvanı minik avtomobilləri istehsal edən mərkəzə çevirək. Bu gün Çindən gətirilən hissələr hesabına Naxçıvanda avtomobillər yığılır. Biz buna nail ola bilərik ki, avtomobillərin ehtiyat hissələri Naxçıvanın müxtəlif rayonlarında istehsal olunsun. Eyni zamanda Gəncə də kənd təsərrüfatı və yük avtomobillərinin istehsalı üçün böyük mərkəzə çevrilə bilər. Bu istiqamətdə böyük vəsaitlərin olmasına ehtiyac var".
Millət vəkili həmçinin İctimai TV-nin son dövrdəki fəaliyyətinə ciddi irad tutulub. O, ölkədə dini maarifləndirmə məsələsinə toxunaraq İctimai Tv-dən narazılığını bildirib: "Son vaxtlart İctmai TV AzTv-yə çevrilib. Əvvəllər yenə yaxşı idi. Maraqlı maarifləndirici verilişlər olurdu və müxtəlif insanlar dəvət olunurdu. Eyni zamanda, həmin insanlar kanala pul xatirinə çağrılmırdı. Hesab edirəm ki, hökumət bu barədə çox ciddi düşünməlidir. Digər tərəfdən ölkədə sosial ədalət gücləndirilməlidir. İnsanlar dinə o zaman xüsusi meyllənirlər ki, ölkədə sosial ədalət qorunmur. İnsanlar əmin olmalıdırlar ki, onlar hüquqlarını məhkəmə sistemində qoruya biləcəklər. Son vaxtlar İctimai TV-ni AzTV-nin bir hissəsinə çeviriblər. İctimai TV-ni AZTV-yə çevirməyə nə ehtiyac var?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB