YAP GB “İdeyanı bizimlə paylaş” layihəsinin 3 mərhələsinə yekun vurdu
Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) ofisində "İdeyanı bizimlə paylaş" layihəsinin 3-cü mərhələsinin yekunları ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə layihə ilə bağlı çıxış edən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, layihənin üçüncü dəfə keçirilməsinə səbəb, gənclər tərəfindən maraqla qarşılanmasıdır.
Onun sözlərinə görə, layihəyə tələbat olsa, o zaman "İdeyanı bizimlə paylaş" layihəsinin 4-cü mərhələsi də keçirilə bilər: "Gənclərin layihəyə bu qədər maraq göstərməsi bizi çox sevindirir. Əgər biz layihə çərçivəsində gənclərə nəsə öyrədə biliriksə, nə xoş bizə! Ölkəmizdə fəaliyyət göstərən Gənclər Fondu gənclərin ideyalarına, layihələrinə görə maliyyə yardımı ayırır. Biz də bu layihəni keçirməklə gənclər öz ideyalarından düzgün istifadə etməyi, layihənin necə təqdim edilməsini öyrətməyə çalışırıq. YAP GB hər zaman gənclərə yardım etməyə hazırdır. Layihədə 60 nəfər iştirak edib, onlardan 48 nəfəri imtahandan uğurla keçərək, sertifikata layiq görülüblər. İmtahandan uğurla keçən gəncləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".
Tədbirin davamında layihənin 3-cü mərhələsinin yekununda keçirilən imtahandan uğurla keçən gənclərə Sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB