Sədaqət Vəliyeva: “Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb”
Azərbaycan hökumətinin hesabatında göstərilən, ölkəmizin əldə etdiyi nailiyyətlər bir daha dövlətimizin sürətli inkişafının və uğurlarının göstəricisidir. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
"Hesabatla tanış olanda da görürük ki, həqiqətən də, bu gün Azərbaycan Respublikası stabil və dinamik inkişafına, həmçinin, çevik daxili və xarici siyasətinə görə, nəinki Cənubi Qafqazın, eləcə də, Avropanın bir çox dövlətlərindən irəlidədir, hətta, onlar üçün modelidir" – deyə deputat bildirib.
Sədaqət Vəliyeva vurğulayıb ki, ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin, sosial-iqtisadi islahatların siyasi reformalarla paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb: "Odur ki, müasir dünyanın dövlətləri də Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügüdən modelə müraciət edirlər".
Millət vəkili diqqətə çatdırıb ki, hesabatda əksini tapmış məlumatlardan bir daha qlobal maliyyə və iqtisadi ləngimələrin fonunda Azərbaycanın dinamik inkişafını davam etdirdiyi açıq şəkildə görünür: "Azərbaycanın beynəlxalq qiymətləndirmə agentlikləri tərəfindən irəliləyən ölkə kimi dəyərləndirilməsi yürüdülən sosial-iqtisadi inkişaf strategiyasının səmərəliliyindən xəbər verir. Eyni zamanda, qeyd edim ki, Azərbaycanın sürətli inkişafı ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə də ev sahibliyi etməsinə şərait yaradıb. Məhz, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur. Əlbəttə ki, bütün bunlar birbaşa olaraq, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi və şaxələndirməsi nəticəsində mümkün olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB