ADAU da doktorant və dissertantların elmi-praktiki seminarı təşkil edilib FOTOLAR

ADAU da doktorant və dissertantların elmi-praktiki seminarı təşkil edilib FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) doktorant və dissertantların elmi-praktiki seminarı təşkil edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən seminarda çıxış edənlər bu il doktoranturaya və dissertanturaya qəbul olunanlara müasir dövr üçün əhəmiyyət təşkil edən mövzuların seçilməsi, elmi məqalələrin yazılması, müxtəlif jurnallarda dərc edilməsi qaydalarından söz açıblar.

Bildirilib ki, ali təhsil müəssisəsinin qarşıya qoyduğu əsas məqsəd elmin müxtəlif sahələri üçün gənc alimlərin yetişdirilməsidir. Qeyd edək ki, ötən il universitetə ümumlikdə 58 doktorant və dissertant qəbul olunmuşdusa, bu il 67 nəfər doktorant, 38 nəfər dissertant qəbul olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə