Ölkə başçısının tapşırığına uyğun olaraq fevralın 17-dən respublikanın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb. SİA-nın xəbərinə görə, bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bildirib ki, rayonda kedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır: "Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində şəhərin mərkəzindəki 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 28000 nəfərin müayinələrdən keçməsi təmin olunub. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər".
33 saylı şəhər poliklinikasının şöbə müdiri Afət Qədirova çalışdığı tibb müəssisəsinin əsas binası və poliklinikanın 20-ci sahədəki 1 saylı şöbəsinin keçən il Dövlət Poqramına uyğun olaraq əsaslı təmir olunduğu, ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu deyərək bildirib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb: "Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir".
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıblar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB