Azərbaycanın Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron qeydiyyat sisteminin proqram təminatının tam işlənməsi prosesi başa çatıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
"Yaxın günlərdə həmin proqram ictimaiyyətə təqdim ediləcək və tətbiqinə başlanılacaq. Hesab edirəm ki, bu proses tam həyata keçirildikdən sonra əmək kitabçaları daşıdıqları informasiyalara görə etibarsız sayılacaq. İşləyən hər bir şəxs barədə bütün məlumatlar elektron informasiya bazasında olacaq. Hesab edirəm ki, Azərbaycanda əmək kitabçalarının funksiyaları bu ilin sonuna kimi başa çatacaq, gələn ildən bu kitabçalarından istifadə olunmayacaq" - deyə, nazir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB