Qaradağda Gənclər Mərkəzi açılıb FOTO

Qaradağda Gənclər Mərkəzi açılıb FOTO

Qaradağ rayonunun Ümid qəsəbəsində yeni Gənclərin İnkişafı Mərkəzi fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, mərkəz "Holcim" şirkətinin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində inşa edilib.

Açılışda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, "Holcim" Azərbaycan ASC-nin Baş Direktoru Rossen Papazov və digər qonaqlar iştirak ediblər.

Gənclərin İnkişafı Mərkəzi öyrənmək, rəhbərlik etmək və inkişaf etmək üçün imkanların yaradılmasında əsas hərəkətverici qüvvə olmaq istəyindədir. O, Ümid qəsəbəsindəki gənclərin təhsil səviyyəsinin artırılmasına və onlar üçün əlverişli sosial şəraitin yaradılmasına yardım edəcək. Qəsəbə gəncləri üçün yeni kitabxana, ingilis dili və kompyüter kursları, liderlik və təcrübə proqramları təşkil olunacaq. Yaradılan şəraiti yüksək qiymətləndirən qonaqlar Mərkəz tərəfindən qarşıya qoyulan məqsədlərin uğurla həyata keçiriləcəyinə əminliklərini bildiriblər.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərini dinləyərək onları narahat edən problemlər ilə maraqlanıb. Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilib. Sakinlər qəsəbədə görülən işlərdən razılıqlarını bildirərək ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə