Akif Əlizadəyə “İstiqlal” və “Vətən Övladı” ordenləri təqdim olunub FOTO
Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif olunub. Bununla yanaşı, AMEA Rəyasət Heyətində akademiyanın rəhbərinə "İstiqlal" ordeni təqdim olunub. Mükafatı alimə Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev təqdim edib.
Akademik Akif Əlizadəyə həmçinin "Azərbaycan dünyası" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov tərəfindən "Vətən Övladı" ordeni təqdim olunub.
Qeyd edək ki, "Vətən Övladı" mükafatı "Dədə Qorqud" Milli Fondu tərəfindən Türk dünyasının tanınmış simalarına, siyasətçilərə, akademiklərə, sənətkarlara verilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB