Səbail rayonu Osman Mirzəyev adına 190 saylı tam orta məktəbdə Novruz bayramına həsr olunan "Yurdumuza bahar gəlir" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə məktəbin şagirdləri, müəllimləri, valideynləri və Cəlil Məmmədquluzadənin ev muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbiri açıq elan edən məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova hamını xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı münasibəti ilə təbrik edib, Novruzun tarixi və ənənələrindən danışıb.
Məktəbin ədəbiyyat müəllimi Pərvanə Səfərəliyevanın təşkil etdiyi tədbirdə uşaqların ifasında şerlər, mahnılar səslənib, musiqi nömrələri ifa olunub. Keçəl və kosanın gəlişi məclisi daha da şənləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB