Martın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyində 2014-cü ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin elanı və cari məsələlərin müzakirəsinin durduğunu bildirib.
Fondun icraçı direktoru Vüqar Səfərli qurumun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib.
Müşahidə Şurasının üzvləri 2014-cü ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin konsepsiyada nəzərdə tutulmuş 19 istiqamət üzrə elan olunması barədə qərar veriblər. Qərara əsasən müsabiqəyə sənəd təqdim etmək üçün mövcud olan şərtlər dəyişilməz saxlanılıb.
Müşahidə Şurasının üzvləri 2014-cü il Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasiminin təşkili barədə də müzakirələr aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB