Azərbaycanın müdafiə naziri Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib
Martın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud olan uzunmüddətli dostluq əlaqələri müzakirə edilib, regiondakı hərbi-siyasi vəziyyət və Rusiya-Azərbaycan ikitərərfli əməkdaşlığı məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB