Hicran Hüseynova 58-ci sessiyada iştirak edib

Hicran Hüseynova 58-ci sessiyada iştirak edib

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Qadınların Vəziyyəti üzrə 58-ci sessiyanın açılışında iştirak edib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Hicran Hüseynova çıxış edərək Dağlıq Qarabağ münaqişəsi zamanı zərər çəkən uşaqlar və qadınlar haqqında məlumat verib.

Gün ərzində Hicran Hüseynova Pakistanın Milli Səhiyyə Xidməti və Koordinasiya naziri xanım Saira Afzal Tarar, BMT-nin Avropa üzrə iqtisadi təhlükəsizliyinin rəsmi üzü xanım Malika Koparanova, CEDAW Komitəsinin prezidenti xanım Nicole Ameline, CEDAW Komitəsinin vitse prezidenti xanım Pramila Patten ilə görüşlərdə iştirak edib. Görüşlər qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsinə həsr edilib. Görüşlər zamanı ikitərəfli memorandumların imzalanması və beynəlxalq əlaqələrin gücləndirilməsi qərara alınmışdır. Hicran Hüseynovanın növbəti çıxışı martın 11-də olub. Çıxış Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində olan vəziyyət, əldə olunan nailiyyətlər, uşaq və qadın sahəsində dünyada olan problemlər və onların dünya birliyi tərəfindən həll olunmasına dair təkliflər və digər mövzuları əhatə edib. Çıxışından sonra Komitə sədri Hicran Hüseynova İran İslam Respublikasının vitse prezidenti xanım Elham Aminzadə və Mərakeşin Həmrəylik, Qadın, Ailə və Sosial Inkişaf naziri xanım Basima Əl Haqqavi ilə görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə