Havalar nə vaxt isinəcək? PROQNOZ

Havalar nə vaxt isinəcək? PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, martın 14-də paytaxtda və yarımadada mülayim cənub küləyi əsəcək: "Havanın temperaturunun gecə 3-5, gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır. Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin günün birinci yarısında yağıntılı olacağı, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı ehtimal olunur".

Nazirlik rəsmisinin sözlərinə görə, martın 14-də günün ikinci yarısında yağıntıların tədricən kəsiləcəyi ayın 15-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir: "Matın 15-də və 16-da paytaxtda və eləcə də rayonlarımızda hava şəraitinin sabitləşəcəyi proqnozlaşdırılır. Mart ayının temperaturu iqlim norması daxilində tərəddüd edir".

Qeyd edək ki, tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə