Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yazıçılar məktəblərdə" layihəsinin təqdimatı olub.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən layihənin icraçısı Cabir Məmmədov bildirib ki, yaxşı bir oxucu olmağı qarşısına məqsəd qoyanlar və mütaliəni bir həyat tərzinə çevirmək istəyənlər üçün bu layihə önəmli bir fürsətdir. O bildirib ki, layihə hər kəsimdən olan yazıçı və şairlərlə şagirdləri, tələbələri görüşdürür: "Bu layihə ilə yeniyetmə və gənclər yazarlarla bir araya gəlir, ədəbiyyatdan, sənətdən, kitabdan danışılır. Layihə yazarların, gənclərin öz fikir və düşüncələrini bir-birləri ilə daha ətraflı bölüşməsi baxımından bir meydan açır".
Digər çıxış edənlər də vurğulayıblar ki, ədəbiyyat daim oxunmalıdır: "Mütaliə etmək bir mədəniyyətdir. Bu mədəniyyətə də sahiblənmək lazımdır. Təbii ki, bu da öyrənilməli, təbliğ olunmalıdır. Əgər bir insan hansısa işində nailiyyət qazanırsa, bu, yalnız onun oxuduğu kitablar və aldığı təhsillə bağlıdır. Təhsil olmadan, kitab oxumadan nailiyyət əldə etmək mümkün deyil. İnkişafın yeganə yolu təhsildir".
Tədbir diskussiya şəraitində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB