Qırmızı Qəsəbədə dağ yəhudilərinin dünyada ilk muzeyi açılacaq

Qırmızı Qəsəbədə dağ yəhudilərinin dünyada ilk muzeyi açılacaq

Yəhudi Xəbərlər Agentliyi (YXA) "STMEQİ Fondu Yəhudi qəsəbəsində" adlı məqalə dərc edib. Məqalədə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) Azərbaycandakı bölməsinin rəhbəri Semyon İxiilovun Quba rayonundakı Qırmızı Qəsəbəyə səfərindən bəhs edilir.

Məqalədə deyilir: "Semyon İxiilov YXA-ya bildirib ki, onun Qırmızı Qəsəbəyə səfərinin əsas məqsədi Cənubi Qafqazın bu nadir yəhudi məskənində dağ yəhudilərinin dünyada ilk muzeyinin yaradılması ilə əlaqədar işlərin qalan həcmini qiymətləndirmək idi".

Muzeyi Qırmızı Qəsəbədəki altı günbəzli tarixi sinaqoqda açmaq nəzərdə tutulur. Hazırda binanın yenidən qurulması işləri davam etdirilir (ibadət mərasimləri qəsəbənin mərkəzindəki tarixi sinaqoqda keçirilir).

Semyon İxiilov YXA-ya müsahibəsində deyib: "Yaxın vaxtlara qədər muzey ekspozisiyasının tərtibatı muzeyin təşkil edilməsi üçün ciddi problem idi. Lakin STMEQİ fondu yəhudi ailələrindən qarşılıqlı faydalı şərtlərlə tarixi dəyər kəsb edən və muzeyin eksponatları ola biləcək müxtəlif əşyaların və sənədlərin alınması barədə qərar qəbul etmişdir. Dağ yəhudilərinin dünyada ilk muzeyinin yaradılması ideyasını hərtərəfli dəstəkləyən Qırmızı Qəsəbə sakinləri bu xəbəri böyük məmnunluqla qarşılamışlar.

İndi Azərbaycana bahar gəlir. STMEQİ fondunun dəstəyi ilə yaxın vaxtlarda yəhudi qəsəbəsində açılmış və Heydər Əliyevin adını daşıyan park daha da gözəlləşmişdir. Bu park Qəsəbə sakinlərinin sevimli istirahət yeridir. Onlar əmindirlər ki, STMEQİ fondunun Cənubi Qafqazda dağ yəhudilərinin dünyada ilk muzeyinin yaradılması layihəsi də uğurlu olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə