Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gənclərə kömək məqsədi ilə pulsuz olaraq təşkil etdiyi "İnformatika ve Kompyuter" kurslarının ilk mərhələsinə yekun vurulub. SİA-nın xəbərinə görə, bu münasibətlə YAP GB-nin ofisində imtahanlardan uğurla keçən gənclərə sertifikatların təqdimetmə mərasimi olub.
Gəncləri bu münasibətlə təbrik edən YAP GB Ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, kurslar ofisin fəal gəncləri tərəfindən təşkil olunur: "Belə kursların əhəmiyyəti çox böyükdür. Çünki gənclər müasir dövrün tələblərinə uyğun olaraq kompyuter biliklərinə yiyələnməlidirlər. Biz də bu kursları təşkil etməklə gənclərə öz töhfəmizi vermək istəmişik.
Daha sonra dərslər zamanı yaşanan maraqlı məqamların əks olunduğu video-çarxın nümayişi olub.
Sonda gənclərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, YAP GB-nin təşkil etdiyi "İnformatika ve Kompyuter" kurslarının növbəti mərhələsi aprel ayından etibarən start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB