Əbülfəs Qarayev: “Lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək”

Əbülfəs Qarayev: “Lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək”

"Azərbaycanda I Avropa Oyunları keçirilən zaman lisenziyasız hotellər qonaqları qəbul edə bilməyəcək". SİA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamasında deyib.

Bununla bağlı monitorinqlərin keçirildiyini deyən nazir vurğulayıb ki, monitorinqlər zamanı hotellərdə göstərilən xidmətlərin standartlara uyğunluğu, eləcə də onlar tərəfindən bütün zəruri normalara, o cümlədən təhlükəsizliyə riayət olunması səviyyəsi yoxlanılır.

Onun sözlərinə görə, monitorinqlər zamanı lazimi qaydalara malik olmayan mehmanxanaların lisenziyası alınacaq, sahibləri isə cəzalandırılacaq: "Azərbaycanda mehmanxana infrastrukturu inkişaf etməkdədir. "Ölkədə "beşulduzlu" hotellərin, mehmanxana komplekslərinin inşası davam edir. Azərbaycanda turizm infrastrukturu hələlik çox ucuz dincəlmək istəyənlərin böyük kütləsini qəbul etməyə hazır deyil. Hətta yerli turistlər istirahət yeri axtararkən, mehmanxanalarda yaradılan şəraitə, sanitar normalara, qidalanmaya və s. tələbkardırlar. Hotellərdə bütün bu şərtlərə əməl olunması sualdır. Ona görə də nazirlik belə layihələrin reallaşdırılması əleyhinə və lehinə çıxış etməsə də, onlara prioritet kimi də baxmır".

Qeyd edək ki, Azərbaycanda I Avropa Oyunları 2015-ci ildə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə