Bayram günlərində daxili reyslərdə qatarlara əlavə vaqonlar qoşulacaq
"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramında daxili sərnişin reyslərində işləyən bütün qatarlara əlavə vaqonlar qoşmaq niyyətindədir. Bunu SİA-ya açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, çox güman ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişinlərin daşınmasını həyata keçirən qatarlara da əlavə vaqonlar qoşulacaq: "Bayram günlərində daxili reyslərdə və Tbilisi istiqamətində sərnişin artımı nəzərə alınmaqla əlavə vaqonların daxili reyslərə qoşulması zəruridir. Bayram günləri ərəfəsində Gürcüstana xeyli sayda biletlər alınır və qeyd edilən marşrut üzrə turist qatarının göndərilməsi istisna edilmir. Bunun üçün turizm şirkətləri bizə müraciət etməlidirlər. Bizə isə hələ belə bir müraciət daxil olmayıb. Lakin hazırda sərnişinlərin Tbilisi istiqaməti üzrə biletlər almasında fəallıq müşahidə olunur".
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, QSC martın 19-20-də sərnişinləri bayram günlərində ünvana rahat şəkildə çatdırmaq üçün gücləndirilmiş rejimdə işləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB