Komitə sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Komitə sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov mart ayının 13-də, saat 12:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət evində vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Xaçmaz rayonu ilə yanaşı Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinləri də iştirak edə bilərlər.

Qəbula yazılmaq üçün Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etmək lazımdır.

Əlaqə: (023) 33-5-22-70 (Eynulla Nurullayev)

e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə