Azad Rəhimov Masallıda vətəndaşları qəbul edib FOTO

Azad Rəhimov Masallıda vətəndaşları qəbul edib FOTO

Martın 11-də Gənclər və İdman naziri Azad Rəhimov Masallı şəhərində, Masallı sakinləri də daxil olmaqla Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Masallı Gənclər Mərkəzində baş tutan görüşdə 40-dan artıq vətəndaş iştirak edib.

Müraciətlərin çoxu idman sahəsində fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri , həmçinin qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, Gənclər Mərkəzlərinin tikintisi və təmiri istiqamətində olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, iş ilə təminat və şəxsi məsələləri əhatə edib.

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə