Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb. SİA Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Suxra Kamalovna Qasımovanın yanına qısa müddətli görüşə gələn Rusiya Federasiyası vətəndaşı Leyla Abdulqadjiyevna Kuliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əl çantasından daxilində "Meqafon" danışıq kartı olan 1 (bir) ədəd "Samsung" markalı mobil telefon aparatı, daxilində "Bilayn" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 (bir) ədəd "Meqafon" danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB