Polis serjantının iştirakı ilə baş verən yol qəzası barədə rəsmi məlumat yayıldı

Polis serjantının iştirakı ilə baş verən yol qəzası barədə rəsmi məlumat yayıldı

DİN polis serjantının iştirakı ilə baş vermiş yol qəzası barədə rəsmi məlumat yayıb. SİA Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 10-na keçən gecə Səbail rayonu Azadlıq prospekti ev 27-nin qarşısında Ağdam rayon sakini Canpolad Otarudun idarə etdiyi VAZ-21074 markalı və Elnur Məmmədovun idarə etdiyi BMW markalı avtomobillər toqquşub. C.Otarudun sərnişini, Bərdə rayon sakini Nəbi Əzizov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin serjantıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə