"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru buludluluğun artacağı, gecə yağış yağacağı gözlənilir". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova bildirib.
Onun sözlərinə görə, martın 12 də şimal-qərb küləyi güclənəcək: "Paytaxtda və yarımadada havanın temperaturu gecə 3-5, günün birinci yarısında 14 dərəcəyədək, axşama doğru isə 6 dərəcə isti olacaq".
Nazirlik rəsmisi bildirib ki, sabah bölgələrdə havanın şəraitinin bəzi yerlərdə dumanlı və çiskinli olacağı proqnozlaşdırılır: "Lakin hava şəraitinin günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşama doğru dağlıq və dağətəyi rayonlarda yağıntıların sulu qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB