ETSN xəbərdarlıq etdi QAR YAĞACAQ

ETSN xəbərdarlıq etdi QAR YAĞACAQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında deyib ki, martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq martın 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-9 dərəcə enəcək.

Martın 12-dən 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə