“Hədəfi vur” layihəsi baş tutub

“Hədəfi vur” layihəsi baş tutub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkiltları İttifaqının (ATGTİ) "İdman" işçi qrupunun təşkilati dəstəyi ilə "Hədəfi vur" gənclər arası paintball turniri baş tutub. SİA-nın məlumatına görə, turnir gənclərin vətənpərvərlik ruhunun qaldırılması, eləcə də bu idman növünün populyarlaşdırılması və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədi ilə reallaşdırılıb.

Turnir çərçivəsində iştirakçılar 4 komandaya bölünüblər. Sonda "Qarabağ" komandası qalib gələrək, turnirin kubokunu qazanıb.

Qeyd edək ki, turnirin sonunda iştirakçılar və qalib komandanın üzvləri sertifikatlar və diplomlar ilə mükafatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə