Yaponiyanın qida və içKi məhsulları istehsalçıları arasında populyarlığı ilə seçilən "wi-not?" jurnalında Azərbaycan şərabları haqqında "Nəhayət Qafqazın Azərbaycan mənşəli şərabı Yaponiyada peyda oldu" adlı məqalə dərc edilib.
Məqalədə Yaponiyanın "Orient Stars" şirkətinin meneceri Maiko Haşiquçi Azərbaycanın Şəmkir rayonunda "Şərq ulduzu" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən istehsal edilən şərabların Yaponiyaya idxalının başlanması barədə məlumat verir. Bildirir ki, bu idxal öz mənbəyini balıqçılıq sənayesi şirkətindən götürüb. Belə ki, "Orient Stars"ın müştərisi olduğu Saxalin balıqçılıq şirkətlərindən birinin prezidenti olan Misir Əlirzayev qardaşının Azərbaycanda şərab istehsalı ilə məşğul olduğunu onlara danışıb. "Şərq ulduzu" MMC-nin direktoru Əsgər Əlirzayevlə tanışlıq da onun vasitəsilə olub. Tezliklə Azərbaycana səfər edən M.Haşiquçi Şəmkir rayonunda MMC-yə məxsus 110 hektar ərazidə üzüm plantasiyası və zavodla yerində tanış olub. Azərbaycan şərabının Yaponiyaya idxal olunmasına görə "Şərq ulduzu"nun rəhbərliyinə minnətdarlığını bildirən M.Haşiquçi onun tezliklə Yaponiya bazarında öz mövqeyini möhkəmləndirəcəyinə əmin olduğunu vurğulayır. Çünki bu şərablar Qafqazın ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yetişdirilən üzümdən təbii yolla istehsal edilir. Qeyd olunur ki, zavodda emal edilən şərablar yalnız yerli sortlardan deyil, eyni zamanda, Fransa, İtaliya və Gürcüstandan gətirilərək burada yetişdirilən üzüm növlərindən də alınır.
Məqalədə "Şərq ulduzu" MMC tərəfindən istehsal edilərək Yaponiyaya gətirilmiş şərabların çeşidləri, satış nöqtələri barədə də oxuculara ətraflı məlumat verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB