Azərbaycan Premyer Liqasının XXV turuna yekun vurulub

Azərbaycan Premyer Liqasının XXV turuna yekun vurulub

Azərbaycan Premyer Liqasının XXV turuna yekun vurulub.

SİA-nın məlumatına görə, son görüşdə "Qarabağ" və "Bakı" komandaları qarşılaşıblar.

Gözlənildiyi kimi, Ağdam təmsilçisi oyuna daha fəal başlayıb. 16-cı dəqiqədə Çumbinyo hesabı açıb. 11 dəqiqə sonra Reynaldo hesabı 2:0-a çatdırıb, 42-ci dəqiqədə isə penalt zərbəsindən dəqiq yararlanaraq dubla imza atıb.

67-ci dəqiqədə Leroy Corc "Bakı"nı 4-cü dəfə məyus edib 4:0.

Beləliklə, "Qarabağ" 25 oyundan sonra 52 xalla ilk sıradadır. Onun ən yaxın izləyiciləri - "Qəbələ" 43 xalla 2-ci yerdədir, "Neftçi" və "İnter" isə 42 xalla 3-cü sıranı bölüşürlər.

XXV turun digər oyunları:

"Qəbələ" - "Neftçi" - 1:2
AZAL - "Simurq" - 0:2
"Sumqayıt" - "İnter" - 0:1
"Rəvan" - "Xəzər Lənkəran" - 2:1

Premyer Liqanın turnir cədvəli

S/S

Klublar

0

Q

H

M

T/F

X

1

Qarabağ

25

15

7

3

44-14

52

2

Qəbələ

25

13

4

8

35-23

43

3

İnter

25

12

6

7

37-27

42

4

Neftçi

25

12

6

7

37-32

42

5

Bakı

25

12

5

8

40-27

41

6

Simurq

25

8

9

8

25-19

33

7

Xəzər Lənkəran

25

7

10

8

26-35

31

8

AZAL

25

6

8

11

24-36

26

9

Rəvan

25

3

8

14

15-43

17

10

Sumqayıt

25

2

7

16

16-43

13

Bütün xəbərlər Facebook səhifəmizdə