Diplomatik missiya rəhbərlərinin xanımlarından xeyriyyə aksiyası

Diplomatik missiya rəhbərlərinin xanımlarından xeyriyyə aksiyası

Martın 9-da Kiçik Karvansarada "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatı ("HOMS") tərəfindən Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 20-dən artıq ölkənin nümayəndəsi, o cümlədən diplomatik missiya rəhbərlərinin xanımları iştirak edib.

Xeyriyyə xarakteri daşıyan tədbirdə hər bir ölkənin milli sənətkarlıq nümunələri, suvenirlər və mətbəx nümunələrinin satış-sərgisi təşkil olunub. Həmçinin milli musiqi və rəqslər nümayiş etdirilib. Xeyriyyə aksiyasında qiymətli mükafatlar udmaq imkanı verən lotereya da oynanılıb.

Tədbirdən əldə olunan gəlir "HOMS"un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondlarına və layihələrə yardım məqsədilə istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə