Martın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov Lənkəran şəhərində cənub bölgəsinin sakinlərini qəbul edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəran şəhərinin sakinləri ilə yanaşı, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan 50-yə yaxın sakinin müraciəti dinlənilib.
Qəbulda olmuş vətəndaşların müraciətlərinin mahiyyəti əsasən torpaq islahatı zamanı bəzi pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin, o cümlədən yaşayış massivinin meşə fondu ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər xidməti qaydada tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərə aid olub.
Müraciətlərdə qaldırılan məsələlərin həllı bilavasitə Komitəyə aid olduğu hallarda torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri Komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və Komitənin müvafiq məktubları ilə aidiyyatı qurumlara ünvanlanıb.
Komitənin öz səlahiyyətlərinə aid işlərin həmçinin qısa müddətdə icrası məqsədi ilə aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB