7 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkilib

7 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkilib

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) iki günlük başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmənin məqsədi saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Müəssisənin bütün obyektlərinə, o cümlədən yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, məscidə, kluba, yeməkxanaya, mətbəxə, hamama baxış keçirilib, saxlanılma şəraitinin, qidanın normal olduğu müəyyən edilib.

Ümumilikdə 70-dək məhkum, o cümlədən cərimə təcridxanasında, tibb-sanitar hissəsində olan məhkumlar konfidensial qaydada qəbul edilib, onların sənədlərinə baxılıb, hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub. Məhkumlar saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının rəftarından, qidalanmadan və onlara göstərilən tibbi yardımdan narazılıq etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə