Elmira Süleymanova Almaniya və Niderland Krallığının rəsmiləri ilə görüşüb
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempeli qəbul edib.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən ombudsman fəaliyyətində insan hüquqları üzrə maarifləndirmə işinin geniş yer tutduğunu, əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların, uşaqların və ahılların hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verdiyini və bu istiqamətdə mütəmadi tədbirlər keçirildiyini vurğulayıb.
Ombudsman həmçinin Niderland Krallığının Azərbaycandakı səfiri Robert Gabriyelseni də qəbul edib. Həmin görüşdə çıxış edən E. Süleymanova Ombudsman Aparatının gördüyü işlər barəsində qonağa məlumat verib.
Görüşdə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB