YAP GB-də 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

YAP GB-də 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) Baş ofisində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP GB-nin sədri Seymur Orucov, təşkilatın sədr müavinləri və gənclər iştirak edib.

YAP GB-nin sədri qeyd olunan gün barədə məlumat verərək bildirib ki, qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart XIX əsrin ortalarında ABŞ-da geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi kimi qəbul edilir: "Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdıb. Daha sonra Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirib. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi. Bir müddət sonra isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirib. Baş verən hadisələrdən yarım əsr sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edilib. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart təkcə qadınlar günü yox, eyni zamanda qadın-inqilabçılar günüdür. Təbii ki, bu tarix Azərbaycanda da qadınlara göstərilə diqqətin və qayğının tərənnümü kimi qəbul olunub. Hər il 8 mart günü ərəfəsində ölkə rəhbəri tərəfindən göstərdiyi xidmətlərə görə seçilən xanımlarımız fəxri adlara layiq görülür. Onu da qeyd edim ki, hazırda ölkə hakimiyyətində müvafiq strukturlarda məmur vəzifəsində xanımlara da yer verilib, onların fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb".

Daha sonra tədbirdə iştirak edən xanımlara hədiyyələr təqdim edilib, 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş video-çarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə