"Ümummilli lider Heydər Əliyev qadınlarımız barədə "..Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm" deyib. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşıb". SİA-nın xəbərinə görə, bu fikirləri Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti keçirilən tədbirdə səsləndirib.
Səbail rayon İcra Hakimiyyəti ənənəsinə sadiq qalaraq bu dəfə də qadınları diqqətdən kənarda qoymayıb. Belə ki, bu gün İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə bayram tədbiri keçirilib. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri açıq elan edən icra başçısı Asif Əsgərov ilk növbədə iştirakçıları bayram münasibəti ilə təbrik edib.
Daha sonra o, çıxışında 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verərək bildirib ki, 103 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilən bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub: "8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunub. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər".
Müstəqilliyin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr etdiyini diqqətə çatdıran icra başçısı bildirib ki, müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir: "Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51,2 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib".
Səbail rayon İcra Hakimiyyətinin başçısı A. Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən qadınlara Səbail rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.
Tədbir məşhur incəsənət ustalarının konserti ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB