Həvva Məmmədova: "Mehriban Əliyevanın xidmətləri haqqında günlərlə danışsaq, bitməz"

Həvva Məmmədova: "Mehriban Əliyevanın xidmətləri haqqında günlərlə danışsaq, bitməz"

"Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər o qədər çoxşaxəlidir ki, bu işlər təkcə ölkəmizlə məhdudlaşmır, bütün dünyanı əhatə edir. Onun xidmətləri haqqında günlərlə danışsaq, bitməz. O, Azərbaycanın çiçəklənməsi, inkişafı, insanlarımızın yeni mədəni dəyələrə yiyələnməsi, xalqımızın bütün dünyada olan söz haqqının tanınması, tapdalanmış hüquqlarımızın bərpası istiqamətində çox mühüm addımlar atmışdır. Mehriban Əliyevanın 2014-cü ilin "Ən nüfuzlu qadını" seçilməsi heç də təsadüfi deyil. Öz humanist addımları ilə bütün dünyaya töhfə verən Mehriban Əliyeva kimi şəxslər tarixdə nadir hallarda yetişir".

Bu fikirləri SİA-ya açıqlamasında sabiq millət vəkili, "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" ictimai Birliyinin İdarə heyətinin üzvü Həvva Məmmədova bildirib.

"Heydər Əliyev Fondu"nun Prezidenti, UNESCO və İSESCO-nun xəşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Fransada fəaliyyət gəstərən Ərəb Mədəni İrs və Misirin "Nefertiti Media Productions" Şirkətinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, 2014-cü ilin "Ən nüfuzlu qadını" seçilməsinə münasibət bildirən H.Məmmədova qeyd edib ki, Mehriban Əliyevanın gördüyü bütün işlər milli və bəşəri xarakter daşıyır, o dünyada sülhə, əmin-amanlığa, inkişafa, bütövlükdə insanlığa xidmət edir: "Tarixə diqqətlə baxsaq görərik ki, onun atdığı addımlar əvəzolunmazdır. O, təkcə Azərbaycanda deyil, aclıq və safalət içində olan Əfqanıstanda, eləcə də Avropada və şərq ölkələrində böyük xeyriyyə tədbirləri həyata keçirir. Məhz onun Azərbaycanda və müxtəlif ölkələrdə gördüyü işlərin nəticəsidir ki, milyonlarla xəstə insan sağlamlığına qovuşub, evsiz insanlar yurd-yuva sahibi olublar, yüzlərlə bağçalar, xəstəxanalar, məktəblər tikilib və analoqu olmayan mədəni layihələr həyata keçirilib. Bu gün Cənab Prezidentin rəhbərliyi altında Azərbaycanın dünyadakı monolit mövqeyi, nüfuzu göz qabağındadır. Bütün dünya bizim inkişafımızı təqdir edir".

Xocalı faciəsinin tanınması istiqamətində "Heydər Əliyev Fondu"nun gördüyü işlərdən danışan H.Məmmədova onu da əlavə edib ki, bu gün bütün dünyada "Xocalıya ədalət" adı altında Leyla Əliyevaın gördüyü işləri reallaşdırmaq üçün əslində onilliklərlə vaxt lazım idi: "Ancaq qısa müddətdə Azərbaycanın hüquqları, tapdalanmış haqqı dünyada tanıdıldı. Artıq bütün dünya bizim ədalətli mövqeyimizi bilir. Bu gün ölkəmizdə Mehirban Əliyevaın gördüyü işlərə baxıb deyə bilərik ki, o, ömrünü xalqımızın rifahına sərf edir. Dünya miqyasında Mehriban Əliyevaya 2014-cü ilin "Ən nüfuzlu qadını" adı verilməsi təsadüfi deyil. Çünki bir daha qeyd edirəm ki, elə bir sahə yoxdur ki, həmin sahədə o, bütün dünyaya töhfə verməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə