"Azərbaycan həqiqətlərinin dünyada yayılması" layihəsinin hesabatı verildi
Bu gün "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan həqiqətlərinin dünyada yayılması" layihəsinin Almaniyada keçirdiyi tədbirlərin hesabat toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən birliyin sədri Səriyyə Cəfərova Berlin, Köln, Hamburq, şəhərlərində iştirak etdiyi konfranslardan söhbət açıb.
Bildirib ki, fevralın 21-26-da Almaniyada keçirilən tədbirlərdə Azərbaycan həqiqətləri xarici vətəndaşların diqqətinə çatdırılıb: "Berlində yerləşən Türk evində keçirilən tədbirlərdə və Branderburq qapıları önündə baş tutan nümayişlərdə millət vəkilləri Musa Qasımlı, Rövşən Rzayev və digər tanınmış ziyalılar iştirak edib".
Daha sonra millət vəkili Musa Qasımlı birliyin təşkil etdiyi tədbirlərdə iştirakından danışıb.
Konfransın sonunda Almaniyada keçirilən tədbir və nümayişləri əks etdirən videorolik nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB