Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən 20 Yanvar metrosunadək olan hisssəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xeyli sayda avtomobilin yolda qalması, nəticədə böyük tıxaca səbəb olub. Sürücülər alternativ variant kimi digər yollardan istifadə etsə də, bu mümkün olmayıb. Saatlarla yolda qalan sərnişinlərin əsəbləri demək olar ki, tarıma çəkilib.
Hadisə yerində olan polis əməkdaşları yolun bağlanmasına başlıca səbəb kimi, dövlət əhəmiyyətli tədbirin keçirilməsini və qəza hadisənin baş verməsini göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB