Mart ayı üçün ulduz falı

Ailəli QOÇLAR xoşbəxtdirlər. Bu firavanlıq göydən zənbillə düşməyib, məhəbbət, qarşılıqlı anlaşma və bir-birinin azadlığına hörmət zəminində qurulub, daimi zəhmətin bəhrəsidir. Subaylar isə açıq ehtiras dənizində üzməyə başlayıblar. İşdə çətinliklər yaranır. Nə etsəniz də, vəziyyət düzəlmir ki düzəlmir. Fasilə götürün. Soyuqqanlı hərəkət etməyə çalışın. Onda həm münasibətlərinizi, həm də büdcənizi qaydaya salacaqsınız.
BUĞALARIN ailəsində qısqanclıq səhnələrini mənasız mübahisələr əvəzləyir. Bəlkə barışmaq vaxtı gəlib çatıb? Tənha səyyahları az qala hər küncdə - yolda, səyahətdə, işdə, şənlikdə, qonaqlıqda səadət gözləyir. Məhəbbətdən başınızı itirə bilərsiniz. Tək bir xilas yolu var, o da işdir. Çalışın, onda nəticələr göz qabağında olacaqdır. Ya vəzifədə irəli çəkiləcəksiniz, ya da məvacibiniz artırılacaq. Sabit maliyyə durumunuz arzularınızı həyata keçirməyə imkan verəcəkdir.
ƏKİZLƏRİN evi onların həyat gəmisidir. Külək və dalğalar, göz yaşı dəryasında qopan fırtınalar: üfüqdə sakit liman görünmür ki görünmür. Hisslərin burulğanından qorxmursunuz. İşdə yeni layihələr, müşavirə və sonu görünməyən sənədlər sizi qorxutmur. Siz sanki suda üzən balıq kimi manevr edirsiniz. Faydalı bir məsləhət: nəbadə rahat şərtlər irəli sürən kreditlərə girişəsiniz.
XƏRÇƏNGLƏRƏ elə gəlir ki, ailədə məhəbbət itib və siz kontrabasda tək çalırsınız. Budur, sizin üçün iki mümkün ssenari: ya ömür-gün yoldaşınızla ümumi dil tapırsınız, ya da ayrılmalısınız. Başqa yol yoxdur. Birinci ssenari daha rasionaldır. Qayğısız səyyahlar hələ dincəlirlər. Üfüqdə heç bir işartı görünmür. Lakin inanın, birdən-birə başınıza elə bir məhəbbət gələcək ki, ayağınızın altındakı yeri hiss etməyəcəksiniz. İşdə nəyə qadir olduğunuzu hamıya sübut etmisiniz. Başçılıq etdiyiniz, yaxud işlədiyiniz müəssisə sərfəli müqavilələr imzalayıb böyük qazanc əldə edir. Vəzifədə irəli çəkilmək, başgicəlləndirici karyera qurmaq ehtimalı var. Bu, lap yerinə düşəcək, çünki gəlirləriniz artacaqdır. Lakin gözqamaşdırıcı zirvə barədə düşünərkən ödənilməmiş hesab və borclarınızı unutmayın.
ŞİRLƏRİN ailəsində barışıq hamını sevindirir. Qohumlar və dostlar sizə kömək etməyə çalışırlar. Vəziyyət onların müdaxiləsi olmadan da düzələcəkdir. Solo ifaçılar keçmişdən ibrət dərsi götürməyə çalışırlar. İşdə ehtiyatı əldən verməyin. Bəzi əməkdaşlar ayağınızın altını qazırlar. Fələyin çarxını öz tərəfinizə çevirə bilsəniz, məvacibiniz sizin ən yüksək ambisiyalarınızı qabaqlayacaq və hətta bir xeyli geridə qoyacaqdır.
QIZLAR ömür-gün yoldaşları ilə ümumi dil tapa bilmirlər. Hər kəs öz bildiyini çalır, üstəlik qarşıdakını onu başa düşməməkdə ittiham edir. Yaranmış vəziyyətdə yalnız susub dinləmək lazımdır. Atalarımız necə deyib? "Biriniz od olanda, o biriniz su olun". Subayların həyatında isə hər şey əksinədir. Uzun sürən sükunət birdən-birə pozulur. Maraqlı bir adam sizə qəlbini açır. Siz də ona qarşılıq verəcəksiniz. Amma tərəfdaşlarınız etibarsızdır. Onlar sanki bilərəkdən və ya bilməyərəkdən sizin bütün planlarınızı pozmağa, batırmağa çalışırlar. Çətin dövrdür, lakin siz qalib çıxırsınız. Hətta maliyyə məsələlərində də qalibiyyət sizinlədir.
TƏRƏZİLƏRİN evində hakimiyyət uğurda mübarizə deyil, müharibə gedir. Qab-qacağı, qazan-tavanı, stol-stulu, divan-kreslonu necə bölüşdürəsən? Olum, ya ölüm, budur məsələ. İslaholunmaz xudbinlər sevgi axtarışına çıxmağa tənbəllik edirlər. Hər şeyin qüdrət halvası kimi göydəndüşmə olacağına inanırlar. Lakin bu, həyatınızı dəyişdirəcəkmi? Hər halda sizi başgicəlləndirici ehtiras gözləyir. İşdə fırtınalar qopur. Rəhbərlik nəticə gözləyir. Siz də dünyada hər şeyi unudub özünüzü işə verirsiniz. Əsəbləriniz gərilib. Həyatınızı bir qədər rövnəqləndirmək üçün dayanmadan pul xərcləyirsiniz. Stop. Özünüzü toplayıb maliyyə işlərinizi səliqəyə salmalısınız. Yoxsa, açığı, havadan barıt qoxusu gəlir.
Ailəli ƏQRƏBLƏR həyatlarından narazıdırlar və hər şeydə tərəf-müqabili qınayırlar. Subaylar üçün hər şey cansıxıcı və darıxdırıcıdır. Dəyişikliklər könülaçan deyil. Ətrafınızda hörülən anlaşılmazlıq divarını uçurmaq iqtidarında deyilsiniz. Amma budur, xarici ezamiyyət fürsəti yaranır və siz bu səfərə çıxmağa hazırsınız. Büdcəniz narahatçılıq yaratmır və siz bahalı şeylər almaq barədə düşünürsünüz.
OXATANLARIN ailəsində əmin-amanlıqdır. Doğrudur, bəzən hisslər yerini gündəlik qayğılara verir, amma hər halda siz həmişə bir yerdə, əl-ələ addımlayırsınız. Ehtiras alovundan usanmış fərdiyyətçilər dostluğa üstünlük verirlər. Dəfedilməz cazibəniz hamını tərk-slah edir. Dostlarınızdan biri sizə dərin rəğbət hissi bəsləyir. Rəqibləriniz sizdən istifadə etməyə çalışırlar. Siz sanki təhlükəli və bol sulu dağ çayında manevr etməyə, sürətli axından canınızı qurtarmağa çalışırsınız.
OĞLAQLARIN evində qəflətən münaqişələr tüğyan etməyə başlayır. Hesab edirsiniz ki, tərəf-müqabiliniz sizdən nəsə gizlədir. Sakitləşin. Qızğın mübahisələrdən sonra vəziyyət aydınlaşacaq və siz yenə də can deyib can eşidəcəksiniz. Məhəbbət ilahəsi subaylara qarşı mərhəmətlidir. Məhəbbət oxları sizi hələ yaralamayıbsa, ruhdan düşməyin. Bu ay mütləq eşqə giriftar olacaqsınız. İşə götürənlər sizin üçün növbəyə düzülüblər. Hərə öz şərtini irəli sürür. Müqavilələri müzakirə edərkən sanballı məvacib barədə razılığa gəlməyi unutmayın. Bu, gələcəyinizin qarantı olacaqdır.
DOLÇALAR tərəf-müqabillərinin qılığına girməyə çalışırlar. Onun arzuları sizin üçün qanundur. Onun xoşuna gəlməyən adam avtomatik olaraq sizin üçün arzuolunmaz şəxsə çevrilir. İslahedilməz subaylar köhnə tanışlarına vurula bilərlər. Vaxtınızın çoxunu əmək fəaliyyətinə deyil, əyləncələrə həsr edirsiniz, hərçənd hər sahədə uğur qazanırsınız. Sadəcə bu yolla izzət-nəfslə ambisiyaların labüd toqquşmasından yaxa qurtarmaq istəyirsiniz.
BALIQLARIN ailəsində aləm bir-birinə dəyib. Gülər üzünüzün arxasında paralel reallıq dayanır. Bu ikili vəziyyəti qohumlardan və dostlarınızdan gizlətmək bütün gücünüzü alır. Həyatınızdakı gərginlik isə durmadan artır. Fərdiyyətçiləri isə təbrik etmək olar. Belə görünür, tezliklə əsərinizin qəhrəmanına rast gələcəksiniz. Hərçənd bunun nə zamansa baş verəcəyinə ümidinizi artıq itirmisiniz. İşdə lazımlı adamlarla asanlıqla dil tapırsınız. Yeni ideyalar və onları həyata keçirmək üçün maliyyə vəsaiti tapmaq da sizin üçün çətin deyildir. Maliyyə durumunuzun sabit olması əylənməyə imkan verir. Nə üçün də olmasın?

Bütün xəbərlər Facebook səhifəmizdə